Arxiv

03-04 noyabr 2009-cu il tarixində Budapeşt şəhərində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanın Macarıstandakı səfirliyi və Macarıstan Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” adlı konfrans keçirilmişdir.

28 oktyabr 2009-cu il tarixdə AMEA Rəyasət Heyətinin binasında AMEA İqtisadiyyat İnstitutunun təşkilatcılığı ilə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Əli Xudu oğlu Nuriyevin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sesiya kecirilmişdir.


“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının dinamik inkişafı” mövzusunda Aprel-may aylarında respublika konfransı

Ümummilli lider H.Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının dinamik inkişafı” mövzusunda Aprel-may aylarında respublika konfransı keçirməyi nəzərdə tutur.
   Geri

HAQQIMIZDA

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.  

ELMİ İSTİQAMƏTİ

İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir.