İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir. Bulara daxildir:
- Dünyada baş verən sosial-iqtisadi tərəqqinin müasir təmayülləri və Azərbaycanda ictimai sisteminin transformasiyası və sosial-iqtisadi inkişaf strategiyasının nəzəri-metodoloji aspektləri və proqnozları;
- Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılmasının qanunauyğunluqları və əsas istiqamətləri;
- Dünyada gedən demoqrafik dəyişikliklər fonunda Azərbaycanda əhalisakinliyi, demoqrafiya, əmək bazarı, məşğulluq, işsizlik, əhalinin miqrasiyası və həyat səviyyəsinin sosial-iqtisadi problemləri;
- Milli demoqrafiya, məşğulluq və sosial siyasətin formalaşması və həyata keşirilməsində bazar mexanizmlərindən istifadənin əsas istiqamətləri;
- Azərbaycan iqtisadiyyatının dövlət tənzimlənməsinin əsas istiqamətləri, onun metod və mexanizmlərinin tədqiqi;
- Azərbaycanda struktur dəyişiklikləri və ivestisiya problemlərinin tədqiqi;
- Müasir mərhələdə Azərbaycanda milli maliyyə və vergi siyasətinin formalaşdırılması və həyata keçirilməsinin əsas istiqamətləri;
- Beynəlxalq inteqrasiya və Azərbaycan Respublikasının yeni xarici iqtisadi münasibətlərin formalaşdırılması və təkmilləşdirilməsinin əsas istiqamətləri;
- Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf problemləri;
- Milli sahibkarlığın formalaşdırılması və inkişafının sosial-iqtisadi və təşkilati idarəetmə problemləri.