Rəhbərlik

İqtisadiyyat İnstitutunun direktoru, İ.e.d. ALIYEV İSA HÜSEYN OĞLU

İ.e.d. Alıyev İsa Hüseyn oğlu 08.10.1953-cü ildə Dərələyəz mahalının (keçmiş Ermənistan SSR-nin Yexeqnadzor rayonunun) Qalaser kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970-75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun «Siyasi iqtisad» ixtisası üzrə qəbul olmuş və oranı bitirmişdir.  

Rəsmiyyə Sabir qızı Abdullayeva

 

   Geri

HAQQIMIZDA

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.  

ELMİ İSTİQAMƏTİ

İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir.