Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda “İqtisadiyyatın innovasiyalı inkişafının sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq Konfrans Keçiriləcək
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.
ELMİ İSTİQAMƏTİ
İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir.