Azərbaycan

ODLAR YURDU - AZƏRBAYCAN

Biz sizə ecazkar bir diyardan - Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən - onun həyatından, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən söhbət açmaq istəyirik.  

Tarix

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi. 

İqtisadiyyat

2003-cü ildən ötən dörd il ərzində ölkəmizdə aparılan iqtisadi islahatlar 2007-ci ildə makroiqtisadi göstəricilərin daha da yüksəlməsinə və bütün sahələrdə inkişaf meyillərinin təmin olunmasına imkan verib. Bu siyasətin nəticəsidir ki, 2003-2007-ci illərdə Azərbaycan iqtisadiyyatının artım tempi 96 faiz artıb.  

Sosial mühit

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı. 

HAQQIMIZDA

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.  

ELMİ İSTİQAMƏTİ

İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir.