Xəbərlər


16 iyul 2010 - cu ildə “Azərbaycan Respublikası: iqtisadi inkişaf, sosial nəaliyyətlər və mədəni quruculuq” toplusunun təqdimatı keçirilmişdir.

 


Azərbaycan MEA İqtisadiyyat İnstitutunun direktoru,i e d, prof İsa Alıyev Qazaxıstan paytaxtında III Astana iqtisadi forumunda çıxış etmişdir.

 

AMEA İqtisadiyyat İnstitutu Lənkəran Dövlət Universiteti ilə birgə ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRƏCƏKDİR

 

AMEA İqtisadiyyat İnstitutu Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr olunmuş elmi praktiki–konfrans keçiriləcəkdir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda “İqtisadiyyatın innovasiyalı inkişafının sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq Konfrans Keçiriləcək

 

HAQQIMIZDA

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.  

ELMİ İSTİQAMƏTİ

İnstitutun əsas elmi istiqaməti – qloballaşma şəraitində dünyada baş verən sosial-iqtisadi və demoqrafik dəyişikliklər nəzərə alınmaqla Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması və inkişafının sosial-iqtisadi və demoqrafik problemlərinin kompleks tədqiqidir.